Yolda yarımçıq qalan həyatlar: Son 6 ilin qəza araşdırması

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda yollar üzrə baş verən yol-nəqliyyat hadisələri hələ də ciddi narahatlıq doğurur. Hər il müxtəlif bölgələrdə baş verən qəzalar, insan tələfatı və xəsarət ilə nəticələnir, bu isə cəmiyyət üçün aktual bir problem olaraq qalır.
Dövlət Statistika Komitəsinin 2021–2026-cı illərə aid məlumatları bu hadisələrin miqyasını açıq şəkildə göstərir. 2021-ci ilin ilk 9 ayında 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 504 nəfər ölüb, 1043 nəfər yaralanıb. 2022-ci ildə isə qəza sayı 1259-a yüksələrək, 599 nəfərin həyatını itirməsi ilə nəticələnib.
2023-cü ilin ilk 9 ayında 1204 yol-qliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 627 nəfər ölmüş, 1034 nəfər xəsarət almışdır. Maraqlıdır ki, bu dövrdə hadisələrin sayı azalmağa meyilli olsa da, ölü sayında artım müşahidə olunub. Hətta bu, 2021–2026-cı illərin ən yüksək göstəricisidir.
Ötən illərlə müqayisədə 2024-cü ildən etibarən bir qədər azalmalar görünür. 2024-cü ilin yanvar-sentyabr aylarında 1031 hadisə, 520 ölüm, 914 yaralanma qeydə alınmışdır. Lakin 2025-ci ildə 905 hadisə və 507 ölüm skoru, 2026-cı ildə isə 838 hadisə və 500 ölüm baş vermişdir. Bu, ötən illərə nisbətən müəyyən bir azalma olduğunu göstərir.
Son altı ilin statistikası, sürət həddinin aşılması, sürücülərin məsuliyyəti, piyadaların təhlükəsizliyi və yol infrastrukturu ilə bağlı məsələlərin vacibliyini vurğulayır. Cəmiyyətin bu sahədəki narahatlığı, daha təhlükəsiz yollar üçün tələb olunan tədbirlərin alınması zəruriyyətini özündə ehtiva edir.