Ezonn Xəbər

Qara dənizdə qaz daşıyan gəmi batdı, ekipajın xilasetmə əməliyyatı davam edir

Qara dənizdə qaz daşıyan gəmi batdı, ekipajın xilasetmə əməliyyatı davam edir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında ‘GAS HUSKY’ adında qaz daşıyan gəminin batdığı bildirilib. Ekipaj üzvlərinin xilas edilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirilir. ‘Maritime.bg’ ixtisaslaşmış dənizçilik portalının verdiyi məlumata əsasən, gəmi ötən gecə radarlardan itib. Bu gün səhər saatlarında isə gəmidən siqnal alınmışdır. Hadisə yerinə Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi göndərilib. Təyyarədən olan məlumatlara görə, gəmi batma yerinin təxminən 50 dəniz mili məsafəsində, insanların olduğu xilasedici sal aşkarlanıb. Xilasetmə əməliyyatları üçün sahil bölgəsində helikopterlər təyin edilmişdir. Ekipajın xilas edilməsi məqsədilə əməliyyatların davam etdiyi bildirilir.