Ezonn Xəbər

Hoteldə dava salanlar azadlığa çıxdı

Hoteldə dava salanlar azadlığa çıxdı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Əbu-Dabi Məhkəmə Departamenti PFL-in yüngül çəki üzrə çempionu Usman Nurməhəmmədov, onun qardaşı Ömər və oteldə baş verən kütləvi davanın digər iştirakçılarını azadlığa buraxıb. Onlar daha əvvəl 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 300.000 dirhəm cəriməyə məhkum edilmışdilər. Yeni qərar nəticəsində, cəzalar hər bir iştirakçı üçün 150.000 dirhəm cərimə ilə əvəzlənib. Məhkəmənin bu addımı, tərəflər arasında barışıq, qarşılıqlı iddialardan imtinanın təsdiqlənməsi və zərərçəkmişin azadlığa buraxılmasını tələb edən müraciətdən sonra mümkün olub. Xatırladaq ki, noyabrın 11-də keçmiş UFC çempionu Merab Dvalişvili Usman Nurməhəmmədov və onun yaxınları tərəfindən hücuma məruz qalmışdı. Hotelin foyesində baş verən insident zamanı olayın iştirakçıları saxlanılıb. Dvalişvili daha sonra Əmirlik hakimiyyətindən saxlanılan idmançıların azad edilməsi ilə bağlı xahiş etmişdi.