Ezonn Xəbər

Alman xarici işlər naziri Azərbaycana və Ermənistana səfər edəcək

Alman xarici işlər naziri Azərbaycana və Ermənistana səfər edəcək
Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir. Almaniyanın xarici işlər naziri Yohann Vadepul, Cənubi Qafqazdakı sülh prosesinin gələcək istiqamətlərini müzakirə etmək məqsədilə Azərbaycana və Ermənistana səfər edəcəyini açıqlayıb. Bu məlumat Almaniyanın Federal Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanıb. Vadepulun bildirdiyinə görə, bu onun xarici işlər naziri vəzifəsindəki ilk səfəridir. Regiondakı səfəri çərçivəsində o, sülh və stabilliyi gücləndirmək üçün atmalı olduğu növbəti addımları müzakirə edəcək. Almaniyanın Xarici İşlər Nazirliyi, Azərbaycan və Ermənistana strateji tərəfdaşlar kimi yanaşdığını ifadə edərək, keçən il razılaşdırılan strateji agendaların praktiki şəkildə həyata keçirilməsinə tərəfdar olduğunu vurğulayıb. Nazir, həmçinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasının və sərhədlərin açılmasının ticarət, enerji əməkdaşlığı və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacağını qeyd edib.