Baxçalıdan "Sözcü TV" ilə bağlı AÇIQLAMA

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, partiyasının qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb. "Sözcü TV"yə qəyyum təyin edilməsi ilə bağlı sualı dəyərləndirərək, məsələnin səbəbləri və nəticələrinin telekanalın rəhbərliyindən soruşulması lazım olduğunu vurğulayıb.
Baxçalı, jurnalistlərə verdiyi cavabda, "Bu sualın səbəbləri və nəticələri "Sözcü" rəhbərlərindən soruşulmalıdır. Bu, hər axşam sözlərini qulaqardına vurub hər şeydən danışan insanlardan soruşulmalıdır" deməklə, məsələni konkret bir formada izah etməyib.
Xatırladaq ki, Türkiyədə “Sözcü TV” telekanalının binasında polis əməliyyatı keçirilib. Səhər saatlarında başlayan əməliyyat çərçivəsində bəzi rəhbər şəxslər saxlanılıb və kanalın idarəçiliyinə qəyyum təyin edilib.
"NTV"nin məlumatına görə, bu əməliyyatın səbəbi media şirkətinin sahibi Burak Akbayın FETÖ terror təşkilatı ilə maliyyə əlaqələrinin olmasına dair şübhələrdir. Saxlanılanlar arasında şirkətin direktorlar şurasının sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktor Asim Akgül də yer alır.