Ezonn Xəbər

Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb

Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. İspaniyanın Asturiya Əyalət Məhkəməsinin İkinci Palatası, "Real Ovyedo" və "Real Madrid" arasında keçirilən futbol matçında Kilian Mbappeyə qarşı irqçi təhqirlərə yol verən şəxsə hökm çıxarıb. Bu barədə Madrid təmsilçisinin rəsmi açıqlamasında məlumat verilib. 2025-ci il avqustun 24-də "Karlos Tartiere" stadionunda baş verən hadisədə, futbolçuya qarşı nifrət zəminində ifadələr işlədilən şəxs 11 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmin hökmündə, həmin şəxsin müəyyən fəaliyyət məhdudiyyətlərinə və pul cəriməsinə də məruz qaldığı qeyd olunub. Həbs cəzasının icrasının təxirə salınması isə şəxsə iki il ərzində rəsmi idman yarışlarının keçirildiyi futbol stadionlarına getməmək şərti ilə mümkün olub. Bu qərar, "Real Madrid" futbolçularına qarşı daha əvvəlki irqçi təhqirlərdən dolayı çıxarılmış digər məhkəmə hökmlərinə əlavə olunur. "Real Madrid" bu məsələdə xüsusi ittihamçı kimi iştirak edir və irqçiliklə mübarizə çərçivəsində tədbirlər görür. Klub, futbol və idmanın digər sahələrində bu cür halların qarşısının alınması üçün səylərini davam etdirəcəyini bəyan edib.