Nazir minimum əmək haqqıdan danışdı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Son 8 ildə Azərbaycanda minimum əmək haqqı 3,1 dəfə artmışdır. Bu məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı açıqlayıb.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar nəticəsində vətəndaşların sosial rifahı ardıcıl şəkildə yüksəlmişdir. O, vurğulayıb ki, gələn ilin büdcə layihəsi əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədini güdür.
Anar Əliyev bildirmişdir ki, son 8 ildə 4 milyon vətəndaşı əhatə edən 5 əsas sosial islahat tədbiri icra edilmişdir. Bu tədbirlərin illik maliyyə tutumu 8 milyard manat dəyərindədir. Bu islahatlar çərçivəsində minimum əmək haqqı 3,1, orta aylıq əmək haqqı 2,2, minimum pensiya və orta pensiya 2,9 dəfə artmışdır.
Eyni zamanda, sosial müavinət və təqaüd xərclərinin maliyyələşməsinə ayrılan vəsait 5 dəfə artırılmışdır. Yaşayış minimumu 73% artmış və ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi isə 2,3 dəfə yüksəlmişdir. Bu islahatların əmək bazarına müsbət təsiri də müşahidə olunmuş, 2018-ci ilin əvvəlinə nisbətən əmək müqavilələrinin sayı 48% artmışdır.