Ezonn Xəbər

“Əlilliyi ləğv edilənlər sonradan iş tapmaqda çətinlik çəkirlər”

“Əlilliyi ləğv edilənlər sonradan iş tapmaqda çətinlik çəkirlər”
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Milli Məclisin plenar iclasında deputat Naqif Həmzəyev əlilliyi ləğv edilmiş şəxslərin iş tapmaqda qarşılaşdığı çətinliklərə toxunub. O, qeyd edib ki, bu insanlar müalicələrdən sonra reabilitasiya prosesində narahatlıqlar yaşayırlar. Həmzəyev bildirib ki, xəstəxanada müalicə müddətinin qısa olması nəticəsində çox hallarda təkrar müayinələr həyata keçirilir. “Bir neçə dəfə təkrar müayinə tələb olunur. Bu da həmin insanlarda əlavə narahatlıq yaradır”, – deyə deputat qeyd edib. O, tibbi sənədlərin elektron sistemdə toplanmasının bu proseslərdə əhəmiyyətli dəstək ola biləcəyini vurğulayıb. Bundan əlavə, deputat əlilliyi ləğv edilən insanların işsiz qalma məsələsinə də aydınlıq gətirib. “Dövlət dəstəyi alan bir şəxs, əlilliyinin ləğv edilməsi ilə işsiz qalır. İşəgötürənlər isə onların ixtisaslarına uyğun iş təklif etmədikləri üçün insanlar çalışmaqdan qaçınmağa başlayırlar”, – deyə Həmzəyev bildirib. Deputat bu vəziyyətdən çıxış yolu kimi özünüməşğulluq proqramının inkişaf etdirilməsini və əhatə dairəsinin genişləndirilməsini təklif edib. “Bu proqramın təsiri artırılmalı və daha çox insana dəstək olunmalıdır”, – deyə o vurğulayıb.