Ezonn Xəbər

Uşağa qulluğa görə müavinət almaq hüququda YENİ QAYDA

Uşağa qulluğa görə müavinət almaq hüququda YENİ QAYDA
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Bu gün Milli Məclisdə uşağa qulluğa görə müavinət almaq hüququ ilə bağlı yeni qaydalar müzakirəyə çıxarılıb. Bu dəyişiklik "Sosial sığorta haqqında" qanuna təklif edilən yeni layihədə öz əksini tapmışdır. Layihəyə əsasən, uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün minimum 6 ay sosial sığorta stajı tələbi müəyyənləşdiriləcək. Hazırda isə belə tələbin olmaması, işə qısa müddətdə qəbul edilib, daha sonra uşağa qulluğa görə sosial məzuniyyətin alınmasına imkan tanıyır. Bu da sistemdən sui-istifadə hallarını artırır. Yeni təklif edilən tənzimləmə, sosial sığorta sistemində vahid yanaşmanın yaradılması və analoji ödənişlərin uyğunlaşdırılması məqsədini güdür. Uşağa qulluğa görə müavinət məbləği bir yaş yarımadək dövr üçün 44 manat, bir yaş yarımından üç yaşınadək dövr üçün isə 28 manatdır. Bu məbləğlər, sonuncu dəfə 2018-ci ildə artırılıb. Müavinətin məbləğinin aşağı səviyyədə qalması, makroiqtisadi göstəricilər ilə, o cümlədən minimum əməkhaqqı ilə müqayisədə, daha geniş tədbirlərin həyata keçirilməsini zəruri edir. Eyni zamanda, 6 ay sosial sığorta stajı tələbinin olmaması isə qısa müddətli sığortalanma yolu ilə sui-istifadə risklərini artırır. Nəticədə, müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bu, uşağa qulluğa görə müavinət hüququnun daha şəffaf və sistematik tənzimlənməsi məqsədini daşıyır.