Ezonn Xəbər

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Bu yenilik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsindəki dəyişikliklərdə öz əksini tapıb. Layihəyə əsasən, saatlıq əməkhaqqı bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda və həftəlik iş vaxtı 20 saatdan az müəyyən edildikdə tətbiq ediləcək. Büdcədən maliyyələşən müəssisələrdə də saatlıq əmək haqqının tətbiqinə şərait yaradılacaq. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilər üçün mütəxəssis tərəfindən müəyyən edilmiş əmək haqqı minimum aylıq əmək haqqı məbləğindən aşağı olmamalıdır. Beləliklə, saatlıq əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı olmaması tənzimlənir. Minimum əməkhaqqının tənzimlənməsi beynəlxalq standartlarla uyğunlaşmaq məqsədini güdür. Bu sistem, qısa müddətli müqavilələrlə çalışan və natamam iş vaxtı olan işçilərin hüquqlarının qorunmasına xidmət edir. Eyni zamanda, saatlıq minimal əmək haqqı işçilərin əməyinin ödənişində bərabər münasibətlərin təmin olunmasına yardımçı olacaq. Yeni əməkhaqqı sistemi, qısamüddətli müqavilələrlə çalışan şəxslərin əməyinin faktiki iş saatlarına uyğun hesablanmasına imkan tanıyacaq. Bununla yanaşı, əməkhaqqının hesablanması mexanizmi də daha çevik olacaq. Layihənin qəbulu dövlət büdcəsinə əlavə yük yaratmayacaq və işçilərin hüquqlarını qorumaq məqsədini daşıyır.