Ezonn Xəbər

Hansı məhsul qan təzyiqini aşağı salır?

Hansı məhsul qan təzyiqini aşağı salır?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dietoloq Conatan Salik, qan təzyiqini sabitləşdirmək üçün pəhrizdə yarpaqlı göyərtilərin yer almasının əhəmiyyətini vurğulayıb. Onun fikrincə, ispanaq və kələm kimi məhsullar, kalium tərkibi ilə qan təzyiqinin nizamlanmasına kömək edir. Salik, "Eating Well" jurnalına verdiyi müsahibədə bildirmişdir ki, kalium qəbulunun artırılması bədənin natriumu xaric etməsinə və qan damarlarının rahatlamağına şərait yaradır. Yarpaqlı göyərtilərin yalnız kaliumun deyil, həm də bir çox digər vitamin və mineralların zəngin mənbəyi olduğunu qeyd edib. Dietoloq, göyərtilərin qida nitratları ilə zəngin olduğunu vurğulayaraq, orqanizmin bu nitratları azot oksidinə çevirdiyini bildirib. "Bu qazın qanda mövcudluğu sistolik qan təzyiqinin azalmasına və ürək-damar xəstəliklərinin riskinin minimal olmasına səbəb olur" – deyə Salik əlavə edib. Yarpaqlı göyərtilərin kalori baxımından az olduğunu qeyd edən Salik, onların pəhrizə asanlıqla daxil edildiyini vurğulayıb. Bir ovuc ispanaq və ya kələmi qayğanağa, şorbaya və ya makaron sousuna əlavə etmək mümkündür. Lakin, mətndə, yarpaqlı göyərtilərin K vitamini yüksək olan tərkibinə görə qanı durulaşdıran dərmanlar qəbul edən insanlar və böyrək xəstəlikləri olan şəxslər üçün risklər yarada biləcəyi barədə də xəbərdarlıq edilib. Endokrinoloq Viktoriya Qonçar isə, günün axşam saatlarında kartof qızartması və şirniyyat istehlakının insulin reaksiyalarını artıracağını bildirmişdir.