Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bakcell, gənclərin texnoloji bacarıqlarını inkişaf etdirmək məqsədilə növbəti süni intellekt hakatonunu keçirib. Tədbir, Peerstack Academy tələbələrinin bir araya gələrək telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırladığı bir mühitdə baş tutub.
Hakaton çərçivəsində iştirakçılar, müasir süni intellekt alətlərini istifadə edərək, müxtəlif texnoloji həllər üzərində çalışıblar. Komandalar ideyalarını praktik layihələrə çevirərək, problem həlletmə, yaradıcı düşünmə və komanda işi bacarıqlarını nümayiş etdiriblər.
Layihələrin qiymətləndirilməsi funksionallıq, texnoloji yanaşma, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında həyata keçirilib. Hakatonun sonunda ən yaxşı komandalar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Bakcell, bu təşəbbüslərlə gənc istedadların inkişafına və onların rəqəmsal bacarıqlarının artırılmasına dəstək verərək, Azərbaycanın ilk və ən iri özəl telekommunikasiya şirkəti kimi fəaliyyətini davam etdirir. Hazırda şirkət, üç milyondan çox müştəriyə yüksəkkeyfiyyətli və sürətli xidmətlər təqdim edir.