“Citi” ABŞ fond bazarında kütləvi likvidasiya riski barədə xəbərdarlıq edib – $46 milyard təhlükədədir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nın investisiya bankı 'Citigroup', 'S&P 500' indeksi üzrə fyuçers bazarında açılmış uzun mövqelərin 95%-nin hal-hazırda zərərdə olduğunu açıqlayıb. Bu barədə məlumat 17 noyabr tarixində 'Investing.com' saytına istinadən yayımlanıb. Analitiklər, bazarda ucuzlaşmanın davam etməsi halında kütləvi mövqe bağlanmalarının satış təzyiqini daha da artıracağından xəbərdarlıq edirlər.
'Citinin' hesabatına əsasən, 'S&P 500' fyuçerslərində açıq uzun mövqelərin ümumi dəyəri 45,9 milyard dollar olaraq müəyyən edilib. Bu mövqelərin orta giriş səviyyəsi 7 768 bənddir, lakin hazırkı bazar səviyyəsi 7 573 bənd olaraq qeydə alınıb. Bunun nəticəsində uzun mövqelərin təxminən 95%-i zərər zonasında yerləşir.
Analitik Devid Çu və komandasının fikrincə, əgər indeks sonuncu 2,5%-lik bərpasını qoruyub saxlaya bilməzsə, bazardakı eniş sürətlənə bilər. Eyni zamanda, bankın mülahizələrinə görə, ABŞ bazarında mövqelərin son yaxşılaşması yeni alışlardan deyil, əsasən qısa mövqelərin bağlanmasından irəli gəlir. Bu, investorların nikbinliyinin tam bərpa olunmadığını əks etdirir.
Həmçinin, 'Nasdaq' üzrə mövqelənmə neytral səviyyəyə, 'Russell 2000' indeksində isə qısa mövqelərin üstünlüyü davam etdiyi bildirilir. 'Citi' əlavə edir ki, inflyasiyanın gözləniləndən zəif olması və Federal Ehtiyat Sisteminin daha yumşaq pul siyasətinə keçməsi, bazarda mövqelərin dəyişməsinə səbəb ola bilər.