Ezonn Xəbər

Bakcell-dən Tələbələr Üçün Yenidən AI Hackathon

Bakcell-dən Tələbələr Üçün Yenidən AI Hackathon
Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir. Bakcell, gənclərin texnoloji bacarıqlarını inkişaf etdirmək məqsədini güdən hackathon seriyasını davam etdirərək, bu dəfə Peerstack Akademiyasından tələbələri süni intellekt hackathonuna dəvət etdi. Hackathon zamanı iştirakçılar telekommunikasiya sahəsində AI-dan istifadə edərək məhsul inkişaf etdirdilər. Müasir AI vasitələrindən istifadə edən komandalar, müxtəlif texnoloji həllər üzərində çalışaraq, ideyalarını praktiki layihələrə çevirdilər. Gənc iştirakçılar hackathon müddətində yalnız texniki biliklərini deyil, həm də komanda işini, problem həll etmə və yaradıcı düşünmə bacarıqlarını nümayiş etdirdilər. Layihələr funksionallıq, texnoloji yanaşma, istifadəçi təcrübəsi və təqdimat baxımından qiymətləndirildi. Hackathonun sonunda, seçilən komandalar Bakcell-dən xüsusi mükafatlar aldılar. Bu cür təşəbbüslərlə Bakcell, gənc istedadların inkişafına və onların rəqəmsal bacarıqlarının artırılmasına dəstək olmağa davam edir. Bakcell, Azərbaycan’ın ilk və ən iri özəl telekommunikasiya şirkətidir, 3 milyondan çox müştəriyə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Eyni zamanda, Bakcell qeyri-neft sektoruna olan yatırımlarının sayəsində Azərbaycanın davamlı inkişafa qatqı təmin edir. Şirkət, NEQSOL Holding-ə daxil olan Azerconnect Qrupunun tərkibində fəaliyyət göstərir.