Ezonn Xəbər

Samir Şərifov Aİ-nin təşəbbüsü ilə keçirilmiş Regionlararası təhlükəsizlik və bağlantılar mövzusunda ikinci nazirlər toplantısında iştirak edib

Samir Şərifov Aİ-nin təşəbbüsü ilə keçirilmiş Regionlararası təhlükəsizlik və bağlantılar mövzusunda ikinci nazirlər toplantısında iştirak edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 16 noyabr tarixində Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə Brüsseldə Regionlararası təhlükəsizlik və bağlantılar mövzusuna həsr olunmuş ikinci nazirlər toplantısı baş tutmuşdur. Bu toplantıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi təmsil etmişdir. Toplantıda Aİ təsisatlarının yüksək vəzifəli rəsmləri ilə yanaşı, Avropa İttifaqına üzv olan ölkələrin, habelə Azərbaycan, Türkiyə, Ukrayna, Moldova, Ermənistan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri və digər yüksək vəzifəli şəxsləri iştirak etmişdir. Toplantı iki sessiyadan ibarət olmuşdur: birinci sessiyada Qara dəniz bölgəsində təhlükəsizlik və sabitliyin artırılması, ikinci sessiyada isə Regionlararası Bağlantılar Gündəliyinin həyata keçirilməsi müzakirə edilmişdir. Samir Şərifov, çıxışında Azərbaycan və Avropa İttifaqı arasında son dövrlərdə müşahidə olunan müsbət dinamikanın əhəmiyyətini vurğulamışdır. O, Azərbaycanın enerji, nəqliyyat və rəqəmsal bağlantılar sahələrindəki strateji mövqeyini və fəaliyyətlərini qeyd edərək, bu istiqamətdə həyata keçirilmiş infrastruktur layihələrinin Orta Dəhlizin formalaşmasına mühim töhfə verdiyini bildirmişdir. Nazir müavini, Azərbaycanın öncül rolu ilə həyata keçirilən sülh və normallaşma prosesinin bölgədə sülh, sabitlik və əməkdaşlıq üçün geniş imkanlar yaratdığını da diqqətə çatdırmışdır. Bununla yanaşı, geniş Qara dəniz bölgəsində sülh və sabitliyin möhkəmlənməsinə töhfə verdiyi vurğulanmışdır. Samir Şərifov, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişdir.