Ezonn Xəbər

XİN rəhbərinin müavini Brüsseldə Aİ-nin nazirlər toplantısında iştirak edib

XİN rəhbərinin müavini Brüsseldə Aİ-nin nazirlər toplantısında iştirak edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 16 noyabr tarixində Brüssel şəhərində Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Regionlararası təhlükəsizlik və bağlantılar mövzusuna həsr olunmuş ikinci nazirlər toplantısı keçirilib. Bu toplantıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov başçılıq etdiyi nümayəndə heyəti ilə iştirak edib. Toplantıya Aİ təsisatlarının yüksək vəzifəli rəsmiləri, Aİ üzv ölkələrin, həmçinin Azərbaycan, Türkiyə, Ukrayna, Moldova, Ermənistan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri qatılıb. Nazirlər toplantısı iki sessiyadan ibarət olub. Birinci sessiyada Qara dəniz hövzəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi müzakirə edilib. İkinci sessiyada isə Regionlararası Bağlantılar Gündəliyinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Samir Şərifov çıxışında Azərbaycanın Avropa İttifaqı ilə son dövrlərdəki müsbət inkişaflardan bəhs edib. Şərifov, Azərbaycan və Avropa arasında enerji, nəqliyyat və rəqəmsal bağlantılar baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin Orta Dəhlizin formalaşmasına əhəmiyyətli dərəcədə təsir etdiyinə diqqət çəkib. Bu sahələrdə regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirib. Nazir müavininin çıxışında eyni zamanda Azərbaycanın sülh və normallaşma prosesindəki öncül rolunun regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığı da əks olunub. Bu yanaşmanın geniş Qara dəniz regionunda sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də bölgələr arasında bağlantılar layihələrinin icrasına zəmin yaratdığı vurğulanıb.