Ezonn Xəbər

“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı

“Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları – AQTA açıqladı
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Cari ilin yanvar-noyabr ayları ərzində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında geniş nəzarət tədbirləri həyata keçirilib. Nəticələrdə 6 şadlıq sarayında yoxlama nəticələri qənaətbəxş, 41 şadlıq sarayında isə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması aşkar edilib. AQTA-nın məlumatına görə, bir sıra şadlıq saraylarında sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, eyni zamanda, müvafiq baytarlıq sənədləri olmadan ət məhsullarının istehlaka təqdim edildiyi müəyyən edilib. Bu cür pozuntular, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan baytarlıq sənədləri arasında uyğunsuzluqların mövcudluğunu da əhatə edir. Məlumatda “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında istehlakçılara camış əti təqdim edildiyi, lakin menyuda bununla bağlı qeydlərin aparılmadığı qeyd olunub. Eyni zamanda, 4 şadlıq sarayında, o cümlədən Чıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq saraylarında istehlakçılara süni kürü təqdim edilməsi zamanı bunu əks etdirən menyu qeydləri olmadığını bildirilib. Qida pozuntularına dair inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Həmçinin, nəzarət tədbirlərinin davam etdiriləcəyi vurğulanır.