Ezonn Xəbər

Məşhur şadlıq saraylarında nöqsanlar aşkarlandı

Məşhur şadlıq saraylarında nöqsanlar aşkarlandı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında yoxlama həyata keçirilib. Nəticələr bəzi obyektlərdə ciddi qida təhlükəsizliyi pozuntularını ortaya çıxarıb. Aparılan yoxlamaların nəticələrinə görə, yalnız 6 şadlıq sarayı yoxlama zamanı qənaətbəxş hesab edilib, 41 obyekt isə qanunvericiliyin tələblərini pozub. Bu pozuntular arasında sanitar-texniki və sanitar-gigiyenik qaydaların pozulması, müvafiq baytarlıq sənədləri olmayan ət məhsullarının istehlaka təqdim edilməsi gibi hallar var. Məsələn, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və "Sarı Gəlin" şadlıq saraylarında istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bu barədə qeydlər tapılmayıb. Eyni zamanda, 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci) süni kürü təqdim edilib, lakin menyuda müvafiq qeydlərin aparılmadığı aşkar edilib. Bütün aşkar edilən nöqsanlarla bağlı inzibati protokollar tərtib olunub. Həmçinin, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib. Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, nəzarət tədbirləri davam edir və əlaqədar müvafiq addımlar atılacaq.