Ezonn Xəbər

Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib

Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bu il ərzində Bakı şəhərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən 47 şadlıq sarayında genişmiqyaslı yoxlamalar həyata keçirilib. Bu barədə "Cebheinfo.az" saytına qurumdan məlumat verilib. Yoxlamaların nəticələrinə görə, yalnız 6 şadlıq sarayında müsbət nəticələr qeydə alınıb. Lakin 41 şadlıq sarayında qida təhlükəsizliyi qanunvericiliyinin pozulması halları aşkar edilib. Buraya sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmaması və müvafiq baytarlıq sənədləri olmayan ət məhsullarının istifadəsi daxildir. Məsələn, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və "Sarı Gəlin" şadlıq saraylarında istehlakçılara camış əti təqdim edildiyi halda, menyularda bu barədə qeydlərin aparılmadığı müəyyən edilib. Eyni zamanda, 4 şadlıq sarayında istehlakçılara süni kürü təqdim edilməsi, lakin bununla bağlı da menyularda qeydlərin olmaması aşkar edilib. Bütün bu uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib olunub, həmçinin ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib. Nəzarət tədbirlərinin davam etdirilməsi planlaşdırılır.