Ezonn Xəbər

Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU

Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Bakıda, yol hərəkətinin sıx olduğu ərazilərdə sürücülərin tıxacdan yayınmaq üçün səkiyə çıxması hallarının artdığı müşahidə edilir. Bu davranış, tıxacda vaxt itirmək istəməyən bəzi sürücülərin təhlükəli manevr etmələri ilə bağlıdır. Ziya Bünyadov prospektinin Böyükşor gölü istiqamətində hərəkət edən sürücülər, tıxacda irəliləmək və digər avtomobilləri qabaqlamaq məqsədilə səki ilə hərəkət edirlər. Bu, piyadaların təhlükəsizliyini ciddi təhlükə altına alır və mövcud gərginliklə daha da artmış yol hərəkəti riskini formalaşdırır. Paytaxtın kəndi yollarında tıxac problemi günün demək olar ki, bütün saatlarında müşahidə olunur. BAKU.WS-in redaksiyasına bu məsələyə dair gündəlik çoxsaylı şikayətlər daxil olur. Sakinlər və sürücülər, bu vəziyyətlə bağlı aidiyyəti qurumları müvafiq tədbirlər görməyə, səki ilə hərəkət edən avtomobillərə qarşı sərt addımlar atmağa çağırır.