Ezonn Xəbər

Britaniya Ukraynaya 1000-dən çox raket verəcək

Britaniya Ukraynaya 1000-dən çox raket verəcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Böyük Britaniya, Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün 1000-dən çox qısa mənzilli raket tədarük etməyi planlaşdırır. Britaniyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, bu raketlərin qarşıdan gələn qış aylarında Ukraynaya çatdırılması nəzərdə tutulur. Hərbi yardım paketinə əlavə olaraq, Britaniya Ukraynaya 10-dan çox hava hücumundan müdafiə radarı və raket buraxılış qurğuları da təqdim edəcək. Bu tədbirlərin ümumi dəyəri 250 milyon funt sterlinq təşkil edir. Nazirlik, həmçinin Böyük Britaniya, İsveç və Ukraynanın İsveç istehsalı olan “Gripen” qırıcılarının da Ukraynaya tədarükü ilə bağlı niyyət məktubu imzaladığını açıqlayıb. Bu, Ukraynanın hava müdafiə qabiliyyətinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bundan başqa, Avropa İttifaqı da noyabrın 5-də Ukraynaya əlavə 4,36 milyard avro yardım ayrılacağını elan edib. Bu vəsaitin 3,7 milyard avrosu makromaliyyə dəstəyinə, 660 milyon avrosu isə müdafiə ehtiyaclarına yönəldiləcək.