Ezonn Xəbər

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda işçilər maaş kartı üçün bank seçimini özləri edə biləcəklər. Bu yeni mexanizmin tətbiqi 2027-ci ilin aprelin 1-dən başlayacaq. Deputat Vüqar Bayramov, əmək qanunvericiliyində planlaşdırılan yeniliklər haqqında məlumat verərək, hazırda işçilərin maaş kartlarının əksəriyyətinin işəgötürənlərin əməkdaşlıq etdiyi banklar vasitəsilə təqdim edildiyini bildirib. Bu bankların tarifləri isə bəzən işçilər üçün əlverişli olmaya bilər. Digər tərəfdən, bəzi bölgələrdə isə həmin bankların filiallarının olmaması da vətəndaşların seçim imkanı məhdudlaşdırır. Yeni mexanizm bu problemlərin aradan qaldırılmasına yönəlir. Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bank bu sistem üçün elektron platforma hazırlayır. Vətəndaşlar sistemə daxil olaraq, əməkhaqlarını almaq istədikləri bankı seçə biləcəklər. Deputat vurğulayıb ki, işçi hazırda bir bankın əməkhaqqı kartından istifadə edirsə, gələcəkdə başqa bankı seçərək maaşı həmin bankda almaq imkanına sahib olacaq. Bu prosesdə işəgötürənin seçilmiş banka müdaxilə etməsi qeyri-mümkündür; işəgötürən sadəcə əməkhaqqını hesablayaraq elektron sistemə göndərəcək, sistem isə vəsaiti işçinin seçdiyi bankda yönləndirəcək. Bununla yanaşı, bank seçimini tez-tez dəyişdirmək üçün müəyyən tariflərin tətbiqi məsələsinin də diqqətə alınacağı bildirilmişdir. Bu yeni qayda, işçilərə bank xidmətlərini öz ehtiyaclarına uyğun şəkildə seçmə imkanı verəcək və əməkhaqlarını daha rahat əldə etmələrini təmin edəcək.