Şokolad sevənlərə müjdə: Daha bir faydası məlum oldu

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Tünd şokolad sevənlər üçün yeni bir müjdə var. Gündəlik bir neçə dilim tünd şokolad yemenin ürək-damar xəstəlikləri və ikinci tip diabet riskini əhəmiyyətli dərəcədə azalda biləcəyi müəyyən edilib. "The Washington Post"-un verdiyi xəbərə görə, alimlərin araşdırmaları bu məhsulun psixi sağlamlığa və bağırsaq mikroflorasına potensial faydalarını da ortaya qoyur.
Araşdırmalar göstərir ki, müntəzəm tünd şokolad istehlakı ürək-damar xəstəlikləri riskini 27 faiz azaldır. Bu riskə infarkt və insult da daxildir. Tünd şokoladın faydalı komponentlərindən biri kakao flavanollarıdır ki, bu da qan damarlarının sağlamlığını dəstəkləyir.
Həmçinin, tünd şokoladın istehlakı orqanizmin insulinə həssaslığını yaxşılaşdıra bilər. Tədqiqatlara görə, onun müntəzəm qəbulu ikinci tip diabet riskini 21 faiz azaldır. Tədqiqatlar, həmçinin, tünd şokoladın yüngül və orta dərəcəli depressiya əlamətlərini zəiflətməkdə faydalı ola biləcəyini göstərir. Bu proses əhval-ruhiyyənin tənzimlənməsi ilə bağlıdır.
Bağırsaq mikroflorasına olan təsiri də diqqətçidir. Kakao tərkibli maddələr faydalı bağırsaq bakteriyalarının artımını dəstəkləyə bilər. Bu, həzm sistemi ilə beyin arasındakı əlaqənin normallaşmasını təmin edərək müsbət təsir göstərir.
Mütəxəssislər, ən azı 55 faiz kakao tərkibli tünd şokolad seçməyin vacib olduğunu vurğulayırlar. Bununla yanaşı, məhsulun şəkər və kaloriliyinə diqqət yetirmək də önəmlidir. Tünd şokoladın balanslaşdırılmış qidalanmanın bir hissəsi olmasına baxmayaraq, onun müntəzəm istehlakının sağlamlıq problemlərindən qoruduğunu tam zəmanət etmədiyini qeyd etmək lazımdır.