Ezonn Xəbər

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən etirazlarda 176 min nəfər iştirak edib - YENİLƏNİB

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən etirazlarda 176 min nəfər iştirak edib - YENİLƏNİB
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Fransanın müxtəlif bölgələrində, həmkarlar ittifaqlarının təşviqi ilə keçirilən ümummilli etiraz aksiyalarına azı 176 min nəfər qatılıb. TF1 telekanalının Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, nümayişlərdə məktəbli və tələbə birlikləri də yer alıb. Daxili İşlər Nazirliyi, etirazlara 250–360 min nəfərin qatılacağını proqnozlaşdırsada, Parisdəki nümayişdə 28 min nəfərin olduğu bildirilib. Lakin Ümumi Əmək Konfederasiyası (CGT) öz hesablamalarına əsaslanaraq, ölkə üzrə iştirakçı sayını 500 min nəfərdən çox olduğunu iddia edib. Paytaxt Parisdə aparılan aksiyalar, ciddi insidentlər olmadan başa çatıb. Bununla yanaşı, Nant şəhərində polis və etirazçılar arasında mübahisələr yaşanıb. Asayiş keşikçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Etirazların əsas səbəbi, əməkhaqlarının artırılması və hökumətin əlavə büdcə qənaəti tədbirlərindən imtina etməsidir. Eyni zamanda, kütləvi etirazlar sentyabr ayının sonlarından başlayaraq ölkə boyunca davam edir. Facebookda paylaşılan məlumatlara görə, əvvəlcə məktəblilər təhsil müəssisələrinin vəziyyətinə və dərs cədvəllərinin yüklənməsinə etiraz edərək məktəblərin girişlərini bağladılar. Oktyabr ayından etibarən isə həmkarlar ittifaqları maaşların artırılması tələbi ilə aksiyalara qoşulmağa başladılar. Bu etirazların davamı kimi, noyabrın 17-də keçirilən aksiya da geniş iştirakla müşayiət olunub.