“Nvidia”nın istefa verən rəhbəri geri qayıtmaq istəyir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
“Nvidia” şirkətinin qurucusu Censen Huanq, istefasından sonra baş direktor vəzifəsinə geri dönmək arzusunu ifadə edib. Bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edərək, şirkət əməkdaşları və investorlardan aldığı müraciətləri qeyd edib.
Huanq, istefa verdiyi dövrdə Müşahidə Şurası üçün problemlər yaratdığını bildirərək, bu məsələyə görə dərindən təəssüfləndiyini və bütün məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb. O, əgər Direktorlar Şurası onun geri dönməsinin şirkət və səhmdarların maraqlarına uyğun olduğuna qərar verərsə, yenidən baş direktor olmağı şərəf olaraq qəbul edəcəyini qeyd edib.
Onun istefasının səbəbi, nikahdankənar münasibətlər və potensial təhlükəsizlik məsələləri ilə bağlı ortaya atılan iddialardır. Huanqın bir müddət əvvəlki davranışları ilə bağlı araşdırmalar davam edir. Məlumatlara görə, şirkət rəhbərliyi onun vəzifəsinə qaytarılması məsələsini hələ ki, müzakirə etmir.
Bundan başqa, Censen Huanqın yaxın həftələrdə ABŞ Konqresinin bir neçə komitəsində dindirilməsinin gözləndiyi bildirilib. Hal-hazırda “Nvidia” şirkətinə Kоlеt Kress müvəqqəti rəhbərlik edir.