Vüsal Əliyev ikinci dəfə Avropa çempionu oldu

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Kudo əlbəyaxa döyüş növü üzrə Avropa çempionatında Azərbaycan idmançısı Vüsal Əliyev qızıl medal qazanaraq ikinci dəfə Avropa çempionu oldu. 270 kateqoriyasında mübarizə aparan Vüsal, yarışın ilk mərhələsini birbaşa keçərək, daha sonra İngiltərə və Litva təmsilçilərini məğlub etdi. Finalda isə Bolqarıstanı təmsil edən erməni idmançı ilə qarşılaşaraq qələbə qazandı.
Vüsal Əliyev, bu uğurun Azərbaycanın Kudo döyüş növü üzrə yeganə dünya çempionu və ikiqat Avropa çempionu olması ilə əhəmiyyət daşdığını vurğuladı. O, qazandığı qələbəni Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda can vermiş şəhidlərimizin xatirəsinə həsr etdiyini bildirdi.
2023-cü ilin may ayında Yaponiyanın Tokiosunda keçirilmiş Kudo üzrə Dünya çempionatında Vüsal, dörd döyüşdə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanmışdı. Həmin ilin oktyabr ayında Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatında da bu uğuru təkrarlayaraq ilk dəfə Avropa çempionu titulunu qazanmışdı.
Bu dəfəki qələbəsi ilə Vüsal Əliyev, yalnız şəxsi karyerasında deyil, həm də Azərbaycan idmanının beynəlxalq arenada qazandığı növbəti uğur sayılır. Onun nəticələri, ölkəmizin idman nüfuzuna mühüm töhfə verməkdədir.