Türkiyə və Suriya dəmiryol tikintisi üzərində işləyir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyə və Suriya, Fars körfəzinin neft hasil edən dövlətlərini birləşdirən dəmir yolu layihəsinin inkişafını sürətləndirmək üçün birgə razılığa gəliblər. Bu günlərdə Ankarada baş tutan mətbuat konfransında Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani, türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar nəticəsində əldə olunan razılaşmanı açıqlayıb.
Şeybani, coğrafi mövqelərinin regionda mühüm bir dəhliz yaratmaq üçün ortaq məsuliyyət daşıdığını vurğulayıb. O, dəmir yolunun Türkiyədən Suriya ərazisi vasitəsilə İordaniya və Fars körfəzinə qədər uzanmasının tikintisi layihəsinin hazırlanması üzərində çalışıldığını qeyd edib.
Həmçinin, Nazir, Suriya məhsullarının Türkiyə bazarlarına daha rahat bir şəkildə daxil olması və investorları qorumaq məqsədilə hüquqi çərçivənin yaradılması üzərində də işlərin aparıldığını bildirib. Bu çərçivədə Suriyadan Türkiyəyə məhsul ixracının artırılması planlaşdırılır.
Şeybani, 2025-ci il üçün ikitərəfli ticarətin 3,7 milyard dollar olacağını və bu rəqəmi 10 milyard dollara çatdırmağı hədəflədiklərini vurğulayıb. Beləliklə, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha da genişlənməkdədir.