Azərbaycanda inşaat şirkətinə yeni direktor təyin edildi

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda inşaat sektorunda fəaliyyət göstərən “AS İnşaat” MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Şirkətin yeni direktoru Rəşad Mehdiyev təyin olunub. O, bu vəzifədə Tural Seyidovun yerini alıb.
Rəşad Mehdiyev daha əvvəl “AS İnşaat” MMC-nin baş direktorunun müavini olaraq fəaliyyət göstərib. Qarabağ bölgəsində, xüsusilə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsində aktiv iştirak etmişdir.
“AS İnşaat” 2003-cü ildən fəaliyyət göstərir və “AS Group Investment” şirkətlər qrupunun mühüm bir hissəsidir. Şirkət ilk olaraq əmtəə betonu istehsalı üzrə ixtisaslaşsa da, sonradan tikinti-quraşdırma və infrastruktur layihələrinin icrasına yönəlmişdir.
Şirkət 100-dən çox layihənin reallaşdırılmasında iştirak edib, bunlar həm dövlət, həm də özəl sektor tərəfindən verilmiş sifarişlərdir. “AS İnşaat”ın nizamnamə kapitalı 100.1 min manatdır.