Ezonn Xəbər

Mərdəkanda yataqxanada yanğın olub

Mərdəkanda yataqxanada yanğın olub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxanada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xətti vasitəsilə məlumat daxil olub. Yanğının dərhal söndürülməsi üçün FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri hadisə yerinə göndərilib. Yaxınlaşan FHN qüvvələri zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirərək yanğının digər mərtəbələrə yayılmasının qarşısını alıb. Baş vermiş yanğın nəticəsində yataqxana binasının dam örtüyünün yanar konstruksiyaları 420 kv.m., bir otağın yanar konstruksiyaları 65 kv.m., digər bir otağın 10 kv.m. və dəhlizin 6 kv.m. sahəsi yanıb. İkimərtəbəli binanın ümumi sahəsi 840 kv.m. təşkil edir. FHN-in məlumatına görə, yanğın binanın birinci mərtəbəsinə və ikinci mərtəbədəki digər otaqlara heç bir təsir etməyib. Bu, yanğın təhlükəsinin vaxtında aradan qaldırılması sayəsində mümkün olub.