Ezonn Xəbər

Ramiz Mehdiyev cəzasından narazıdır — Şikayət verdi

Ramiz Mehdiyev cəzasından narazıdır — Şikayət verdi
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev, 14 il şərti cəzaya razı olmur. “Qafqazinfo”nun məlumatına görə, Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Məlumata əsasən, şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması və əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş edilib. İşin Bakı Apellyasiya Məhkəməsində müzakirə olunacağı bildirilib, lakin prosesin konkret tarixi hələ məlum deyil. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir. Onun cinayət əməlləri ötən il ifşa olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayımlanan səs yazıları, onun dövlət çevrilişinə cəhd etdiyini ortaya qoymuşdur. Ötən ay verilən hökmlə Mehdiyev, hakimiyyəti zorla ələ keçirilməyə cəhd, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Onun yaşı və sağlamlıq məsələləri nəzərə alınaraq 14 il şərti cəza alıb. Eyni zamanda, dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilmiş və üzərindəki həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınmışdır.