Ezonn Xəbər

Ramiz Mehdiyev barəsində olan hökmdən apellyasiya şikayəti verib

Ramiz Mehdiyev barəsində olan hökmdən apellyasiya şikayəti verib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə qarşı apellyasiya şikayəti təqdim edilib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakim Emin Əliyevin icraatına verilib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti şəkildə icra olunması qərarı verilib. Hökmlə bağlı hər iki şəxsin dövlət təltiflərindən məhrum olunması məsələsinə də baxılacağı qeyd edilib. Eyni zamanda, Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlətə keçirilməsi ilə bağlı qərar da verilib. Qeyd edək ki, Ramiz Mehdiyev barəsində cinayət işi 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanıb. O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1 (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham edilir. Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.