Ezonn Xəbər

23 yaşlı Gülarənin qətli ilə bağlı — Yeni detallar

23 yaşlı Gülarənin qətli ilə bağlı — Yeni detallar
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Bakıda 23 yaşlı gənc rəssam Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsi ilə bağlı bir sıra yeni detallar üzə çıxıb. Hadisə noyabrın 16-sı baş verib, qızın həyatı isə xilas edilməyib. "Qafqazinfo"nun əldə etdiyi məlumatlara görə, 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev, polisdə verdiyi ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Məlumatda qeyd edilir ki, Gülarə ilə Ayxan bir ata, anadan isə ayrı ögey bacı-qardaşdır. İkisi Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki mənzildə yaşayırdılar. Hadisənin baş verdiyi zaman, Ayxan bacısına mətbəxdə bıçaqla hücum edərək ona 3 ağır zərbə endirib. Qonşuların səsi eşidirərək müdaxilə etməsi sayəsində dərhal təcili tibbi yardım göstərilmişdir. Lakin, xəstəxanaya aparılmasına baxmayaraq, Gülarənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılaraq araşdırmalara başlanılıb. Hadisənin detalları ilə bağlı əlavə məlumatların əldə olunması gözlənilir.