Ezonn Xəbər

Yunan Lobbisi ABŞ-da Fəallaşıb

Yunan Lobbisi ABŞ-da Fəallaşıb
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. Yunanıstan lobbisi, Türkiyənin dəniz yurisdiksiyası sahələri və Liviya ilə imzaladığı sazişin mümkün təsirləri ilə bağlı narahatlıqlarını bildirmək üçün ABŞ-da fəaliyyətini yenidən başladıb. Bu barədə “Hürriyet” nəşri məlumat yayıb. Yunan əsilli respublikaçı konqresmen Qus Bilirakis və demokrat Bred Şnayder, ABŞ dövlət katibi Marko Rubioya məktub göndərərək beş istiqamətdə tədbir görülməsini tələb ediblər. Konqresmenlər, Liviyanın Ankara müdaxiləsindən kənar, suveren bir milli hökumət altında yenidən birləşməsinə dəstək verilməli olduğunu vurğulayıblar. Məktubda həmçinin, ABŞ-ın Türkiyə ilə Liviya arasında imzalanan dəniz yurisdiksiyası sazişinin təsdiqlənməsi ilə bağlı narahatlığını hər iki ölkənin rəhbərliyinə çatdırması tövsiyə edilir. Türkiyənin “Mavi Vətən” doktrinası çərçivəsində dəniz iddialarının legitimləşdirilməsinin qarşısının alınması xüsusilə qeyd olunub. Konqresmenlər həm də ABŞ-dan gəmiçilik azadlığını, dəniz mübahisələrinin sülh yolu ilə həllini və bölgədəki müttəfiqlərinin dəniz hüquqlarını qorumasını israrla tələb ediblər. Bu çağırışlar, beynəlxalq müstəvidə gərginliyin artdığı bir dövrə təsadüf edir.