Ezonn Xəbər

Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür — Video

Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür — Video
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Biləcəri qəsəbəsində, sakinlər tərəfindən uzun illər Dəmiryol Xəstəxanası kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri başlayıb. Bu barədə ''Qafqazinfo'' məlumat verib. Söküntü işlərinin yerində yeni yaşayış binasının inşası ilə bağlı iddialar səsləndirilib. 'Azərbaycan Dəmir Yolları' Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, bunun səbəbi 2024-cü il 21 avqust tarixli Nazirlər Kabinetinin qərarıdır. Belə ki, Dəmir Yoluna bağlı olan tibb müəssisələri və onların əmlakları artıq həmin qurumun balansında deyil. Rəsmi açıqlamalara görə, Mərkəzi Dəmiryol Xəstəxanası başqa bir dövlət qurumunun, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, xəstəxananın ərazisində yeni infrastrukturun yaradılması planlaşdırılır. Nazirliyin səyi ilə, ictimaiyyətə bu infrastrukturun qurulması və xidmətlərin təşkil olunması prosesi ilə bağlı mərhələli şəkildə məlumat təqdim ediləcək. Bununla yanaşı, yeni yaradılan infrastrukturun və xidmətlərin hansı formada olacağı hələlik dəqiqləşməyib.