Ezonn Xəbər

23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar

23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakıda, 2003-cü il təvəllüdlü gənc rəssam Gülarə Ağa qızı Mehdiyevanın 2008-ci il təvəllüdlü ögey qardaşı A. Mehdiyev tərəfindən qətlə yetirilməsi hadisəsi baş verib. Hadisənin qısqanclıq zəminində törədildiyi iddia edilir. Məlumata görə, Gülarə ilə Ayxan arasında ata bir, ana ayrı ögey bacı-qardaş münasibəti mövcuddur və onlar Binəqədi rayonu 9-cu mikrorayon, Həmzə Babaşov küçəsindəki evdə yaşamışlar. Cinayetin baş verdiyi yer, evin mətbəx otağıdır. Hadisə noyabrın 16-sı saat 14:30 radələrində baş vermişdir. Ayxan Mehdiyev, bacısına bıçaqla hücum edərək ona 3 ağır zərbə endirmişdir. Gülarənin harayına qonşular dərhal reaksiya verərək təcili tibbi yardım çağırıblar. Lakin xəstəxanaya çatdırılmasına baxmayaraq, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmamışdır. Cinayət faktıyla bağlı Binəqədi Rayon Prokurorluğunda iş açılmışdır və araşdırmalar davam etməkdədir. Dövlət orqanları hadisənin bütün aspektlərini öyrənmək üçün çalışırlar, hadisənin motivləri və şəraiti detallı şəkildə araşdırılır.