Ezonn Xəbər

Bakıda məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video

Bakıda məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Dəmiryol Xəstəxanasında söküntü işlərinə başlanıb. Uzun illərdir fəaliyyətini davam etdirən bu tibb müəssisəsinin yerində yeni yaşayış binası tikiləcəyi yönündə xəbərlər yayılır. Məlumatlara görə, söküntü işlərinə başlanmasının səbəbi 2024-cü il 21 avqust tarixli Nazirlər Kabineti qərarı ilə bağlıdır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən açıqlamada, Dəmir Yollarının tabeliyində olan tibb müəssisələrinin əmlaklarının artıq onların balansında olmadığı bildirilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov, Məkanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçdiyini qeyd edərək, yeni infrastrukturun yaradılmasının planlaşdırıldığını vurğulayıb. O, sözlərinə əlavə edib ki, bu sərəncam çərçivəsində yeni infrastrukturun qurulması və xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək. Bu prosesin şəffaflığına önəm verildiyi bildirilib.