Ezonn Xəbər

Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - VİDEO

Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - VİDEO
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Qələbə dairəsində yeni tənzimləmə işləri həyata keçirib. Ərazidəki piyada keçidlərinə yeni işıqforlar quraşdırılması ilə, nəqliyyat sıxlığının aradan qaldırılması məqsəd güdülür. Yasamal rayonu ərazisində, Əbdülvahab Salamzadə küçəsindən və “20 Yanvar” metro stansiyası istiqamətindən Qələbə dairəsinə daxil olan nəqliyyat vasitələri, burada nizamlanmayan piyada keçidi səbəbindən pik saatlarda sıxlıq yaşayırdılar. NİİM bu vəziyyəti nəzərə alaraq, işlərə başlayıb. Müşahidə kameralarının köməyi ilə, yerində aparılan baxışlar və simulyasiya proqramlarından istifadə edilərək, piyada və avtomobillərin hərəkət intensivliyi təhlil edilib. Analiz nəticəsində, piyada keçidinin işıqforlarla nizamlanmasının zəruriliyi ortaya çıxıb. Nəticədə, dairədə nizamlanmanı təmin etmək məqsədilə, 3 ədəd “L” və “A” tipli svetoforlar quraşdırılıb. Bu dəyişikliklər sayəsində, Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı azaldılıb və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.