Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin bu gün keçirilən iclasında çipsinin aksizli mallar siyahısına daxil edilməsi ilə bağlı yeni təklif müzakirəyə çıxarılıb. Təklif edilən dəyişikliyə əsasən, yerli istehsal olunan çipsilərdən hər kiloqram üçün 1 manat məbləğində aksiz vergisi alınacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Bu yeni tənzimləmə çərçivəsində, çipsilərin istehsalı və istehlakı üzərindəki vergi yükünün artırılması planlaşdırılır.
Həmçinin, aqrar sahədə 100%-lik tam vergi azadolmasının ləğvi nəzərdə tutulur. Gözlənilir ki, 5 il müddətinə aqrar sahədə 90%-lik güzəşt mexanizmi tətbiq ediləcək.
Eyni zamanda, kuryer xidmətlərində fəaliyyət göstərənlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcəklər. Bu dəyişikliklər çərçivəsində şirinləşdirilmiş mineral və qazlı içkilər də aksizli mallar sırasına daxil ediləcək.