Ezonn Xəbər

Kembric lüğətində 2026-cı ilin ən populyar kəlməsi müəyyən edilib

Kembric lüğətində 2026-cı ilin ən populyar kəlməsi müəyyən edilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. "Cambridge English Dictionary" 2026-cı ilin ən populyar kəlməsini "insan" (human) olaraq seçib. Bu seçim süni intellektin insanlıq barədə müzakirələri dəyişdirdiyi dövrün ruhunu əks etdirir. Kembric lüğətinin leksikoqrafı Kolin Makintoş, bu seçimin səbəbi olaraq insan olmağın mahiyyətinin yenidən müzakirəyə açılması olduğunu qeyd edib. Onun sözlərinə görə, cəmiyyət düşünmə proseslərini kənar mənbələrə həvalə etməkdən narahatdır və bu da süni intellektə olan etibarın yenidən nəzərdən keçirilməsinə səbəb olub. Makintoş, "Düşünmə proseslərimizi kənar mənbələrə həvalə etdikdə nələri itirə biləcəyimizlə bağlı qorxular hər kəsi, müəllimlərdən riyaziyyatçılara qədər, süni intellektə olan etibarımızı yenidən düşünməyə vadar edirdi" deyərək, insanın ənənəvi tərifinin keyfiyyətlərinə diqqət çəkib. Kembric Universitetinin elm fəlsəfəsi üzrə mütəxəssisi doktor Tom Mak Klelland da "human" sözünün ilin sözü seçilməsinin xüsusi əhəmiyyətinə vurğu edərək, insanlıq anlayışının dəyişdiyi bir dövrdə bu qərarın maraqlı olduğuna işarə edib. O, canlı varlıqlar və süni şəkildə yaradılmış varlıqlar arasındakı fərqi anlamağın vacibliyini qeyd edib. Mak Klelland əlavə edib ki, gənclər süni intellektin gələcəyi ilə bağlı proqnozlar verməmişdən əvvəl onun inkişafının insanlar tərəfindən necə yönlendirildiyini unutmamalıdırlar.