Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - BUNDAN SONRA...

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda ikinci əl mənzillərin təkrar satışına vergidən alınma qaydasının dəyişdirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub.
Təklifə görə, bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçıları tərəfindən vətəndaşlardan nağdsız alınan mənzillərin təkrar satışında, 3 il müddətində ƏDV yalnız ticarət əlavəsi üzrə hesablanacaq. Bu, hazırda tətbiq olunan satış dəyərinin tamamına şamil edilən ƏDV-dən fərqlənir.
Dəyişikliyin əsas məqsədi ikinci əl mənzil bazarında vergi yükünü azaltmaqdır. Eyni zamanda, bu, rəsmi satış kanallarının rəqabət qabiliyyətini artırmağı və qeyri-rəsmi dövriyyənin qarşısını almağı hədəfləyir. Bununla yanaşı, bu cür mexanizmin mənzil bazarında şəffaflığın artırılması və uzunmüddətli perspektivdə vergi daxilolmalarının artımına xidmət edəcəyi gözlənilir.
İclasın sonunda qanun layihəsi müzakirə edilib və birinci oxunuşda qəbul edilib. Bu dəyişikliklərin həyata keçirilməsi nəticəsində mənzil alıcılarının daha yaxşı və əlverişli şəraitdə mənzil alması mümkün olacaq.