Ezonn Xəbər

Kuryerlərin vergi məsələsi ilk oxunuşdan keçdi

Kuryerlərin vergi məsələsi ilk oxunuşdan keçdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Milli Məclis bu gün keçirilən iclasda, kuryerlərin vergiləri ilə bağlı yeni dəyişiklikləri müzakirəyə çıxarıb. Təklif olunan Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin kuryer fəaliyyəti üzrə aylıq sabit vergi məbləği 15 manat olaraq müəyyən edilməlidir. Bu dəyişiklik, kuryerlərin çatdırma fəaliyyəti zamanı istifadə etdiyi müxtəlif vasitələr— avtomobil, motosiklet, velosiped və skuter ilə əlaqəlidir. Qeyd olunur ki, bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq vərdişləri demək olar ki, yoxdur. Məlumatlara görə, xüsusilə mövcud inzibati yük, kuryer fəaliyyəti göstərən şəxsləri qeyri-rəsmi fəaliyyətə yönəldir. Son illərdə elektron ticarətin genişlənməsi kuryer xidmətlərinə olan tələbi artırıb. Belə ki, kuryer fəaliyyəti əsasən fərdi qaydada, muzdu işçi cəlb etmədən reallaşır. Təklif edilən sabit vergi modeli, vergilərin ödənilməsini sadələşdirir, mühasibat xərclərini azaldır. Bu, eyni zamanda, vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırmağa xidmət edir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Bu addım, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi işə cəlb olunmasına, həmçinin sahibkarlar üçün əməliyyat xərclərinin azalmasına təşviq edir.