Ezonn Xəbər

Yeni vergi güzəştləri gəlir – Kimlərə şamil olunacaq?

Yeni vergi güzəştləri gəlir – Kimlərə şamil olunacaq?
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Milli Məclisin bugünkü iclasında vergi güzəştlərinin artırılmasına dair təkliflər müzakirəyə çıxarılıb. Vergi uçotunda olmayan fiziki şəxslərin nağdsız hesablaşmalar üzrə əldə etdiyi gəlirlərdən vergi tutulması üçün yeni dərəcələr təqdim olunur. Bu, "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq, müxtəlif mallar üzrə 2 və 5 faiz dərəcələri ilə həyata keçiriləcək. Həmçinin, aqrar sektorda fəaliyyət göstərən istehsalçılar üçün vergi güzəştlərinin müddətinin uzadılması planlaşdırılır. 2027-ci il yanvarın 1-dən etibarən, kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlərin 90 faizinin vergidən azad edilməsi nəzərdə tutulur. Bu dəyişiklik, aqrar məhsul istehsalçılarına ciddi maliyyə yükünü azaldacaq. Yeni qaydalara əsasən, istehsalçıların müvafiq dövlət informasiya sistemində qeydiyyatdan keçməsi və gəlirlərini vergi bəyannaməsində bəyan etməsi tələb olunacaq. Bu, vergilərin şəffaflığını artırmaq məqsədini güdür. Heyvandarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulur. Onların yetişdirdiyi iribuynuzlu və xırdabuynuzlu heyvanların satışından əldə etdikləri gəlirin 50 faizinin vergidən azad edilməsi planlaşdırılır. Bu güzəştlərin 2027-ci ildən 3 il müddətinə tətbiqi nəzərdə tutulur. Qanun layihəsi səsverməyə təqdim edilib və birinci oxunuşda qəbul olunub. Gözlənilir ki, bu dəyişikliklər aqrar sektorun inkişafına böyük təsir göstərəcək. Günay Şahmar, Bizim.Media