Ezonn Xəbər

Rəqəmsal Media Ayı çərçivəsində şəbəkələşmə görüşü keçirilib

Rəqəmsal Media Ayı çərçivəsində şəbəkələşmə görüşü keçirilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Media və Yayım Şurası tərəfindən başlatılan "Rəqəmsal Media Ayı" çərçivəsində bloger və sosial təşəbbüslər üzrə tanınan şəxs Aysel Ağayeva ilə bir şəbəkələşmə görüşü təşkil olunub. Görüşdə, sosial media fəaliyyətinin strateji planlaşdırılması və istifadəçi mühitinin formalaşması istiqamətində ətraflı müzakirələr aparılıb. Aysel Ağayeva, görüşdə sosial mediada fəaliyyətin strateji yanaşmalarını, hədəf auditoriyanın genişləndirilməsi üçün yolları və istifadəçilərin maraqlarına uyğun məzmunun hazırlanması mövzusunda təcrübələrini iştirakçılarla bölüşüb. O, həmçinin influenser marketinqinin müasir dövrdəki əhəmiyyəti və brendlərlə əməkdaşlıq prinsipləri kimi vacib məsələləri gündəmə gətirib. Görüşdə iştirakçıların sualları cavablandırılıb və sosial media sahəsində peşəkar inkişaf imkanları, marketinqdə tətbiq edilən praktiki yanaşmalar və mövcud tendensiyalar ilə bağlı fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin, iştirakçılara effektiv strateji biliklər qazandırdığı bildirilib. Məlumat üçün bildirək ki, noyabr ayında müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramları, praktiki təlimlər, seminarlar və media kampaniyaları təşkil ediləcək. Bu çərçivədə isə rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyaları, Sİ texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyi kimi mövzulara xüsusi diqqət yönəldiləcək.