Ezonn Xəbər

Onlayn ticarətdə YENİ PROSEDUR

Onlayn ticarətdə YENİ PROSEDUR
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Milli Məclisin bu gün keçirilən iclasında onlayn ticarətə dair yeni prosedur məsələsi müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər, onlayn platformalar vasitəsilə həyata keçirilən ticarət əməliyyatlarına aiddir. Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 109.8-ci maddəsi üzrə, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınan malların alış aktları əsasında gəlirdən çıxılacaq məbləğin 2% -lik limitinin, yalnız “Smart Customs” sistemi ilə ölkəyə daxil olan mal sifarişlərinə tətbiq olunmaması planlaşdırılır. Bu dəyişiklik, onlayn ticarət əməliyyatlarının daha şəffaf və effektiv şəkildə həyata keçirilməsinə yönəldilib. İclasda müzakirələrdən sonra qanun layihəsi səsverməyə təqdim olunub və birinci oxunuşda qəbul edilib. Yeni prosedurun təsirinin onlayn ticarət bazarına müsbət yansıması gözlənilir. İqtisadiyyatın bu sahəsində rəqabət mühitinin artması, istehlakçıların daha çox seçənək əldə etməsi baxımından əhəmiyyətlidir.