Ezonn Xəbər

Bakıda ödənişli zonalara girişin pulu dövlət büdcəsinə gedəcək

Bakıda ödənişli zonalara girişin pulu dövlət büdcəsinə gedəcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakı şəhərində ödənişli hərəkət zonalarına giriş üçün toplanan vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. “Avtomobil yolları haqqında” qanuna təklif edilən dəyişiklik bunun əksini təsdiqləyir. Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları tətbiq ediləcək. Nəqliyyat vasitələrinin bu ərazilərə daxil olmasının ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək. Toplanacaq vəsaitin dövlət büdcəsinə köçürülməsi planlaşdırılır. Dəyişikliyə əsasən, müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılara məsafə əsaslı nəqliyyat xidmətlərinə görə subsidiya veriləcək. Bu ödənişlərin də dövlət büdcəsi hesabına maliyyələşdiriləcəyi bildirilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Yaxın gələcəkdə bu tədbir vasitəsi ilə şəhərin nəqliyyat sıxlığının azaldılması və dövlət büdcəsinin artırılması məqsədində olan planların həyata keçirilməsi gözlənilir.