Gözəllik xidmətləri 5 il vergi ödəyicisi olacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin bu gün keçirilən iclasında gözəllik xidmətləri göstərən şəxslərin 5 il müddətinə vergi ödəyicisi olmaları ilə bağlı təklif müzakirəyə çıxarılıb. Bu dəyişiklik Vergi Məcəlləsinə daxil edilməsi planlaşdırılan layihədə əksini tapıb.
Layihəyə əsasən, gözəllik xidmətləri sahəsində fəaliyyət göstərən şəxslərə sadələşdirilmiş vergi dərəcələrinin tətbiqi hüququ 5 il müddətinə veriləcək. Burada nağd dövriyyə üzrə vergi dərəcəsi 8%, nağdsız dövriyyə üzrə isə 6% olaraq müəyyənləşdirilib.
Eyni zamanda, gözəllik xidmətləri göstərən şəxslərin ƏDV ödəyicisi kimi fəaliyyəti zamanı, dövlət büdcəsinə hesablanacaq ƏDV-nin nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.