Ezonn Xəbər

Azərbaycanda cərimələrdə yeniliklər - 150 faiz artırma

Azərbaycanda cərimələrdə yeniliklər - 150 faiz artırma
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda maliyyə cərimələrinin artırılmasına dair yeni qərar qəbul edilib. Parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklərin layihəsi bu məsələləri əhatə edir. Layihəyə əsasən, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisindəki maliyyə əməliyyatları ilə bağlı məlumatların təqdim edilməməsinə görə tətbiq olunan sanksiyalarla bağlı dəyişikliklər planlaşdırılır. Belə ki, hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında sanksiya məbləği 10 faizə endiriləcək, lakin 1 000 manatdan az olmamaq şərti ilə. Digər tərəfdən, əgər maliyyə institutları mədaxil əməliyyatı aparmırsa, daha əvvəl 400 manat olan sanksiya məbləği 1 000 manata qaldırılacaq. Bu dəyişikliklərin əsas məqsədinin müvafiq avro və MDB ölkələrindəki təcrübəyə əsaslanaraq, hesabat verən maliyyə institutlarının cərimə məbləğlərini uyğunlaşdırmaq olduğu bildirilib. Qeyd edək ki, Avropa və MDB ölkələrindəki təcrübəyə görə, müəyyən hesabat verilmədikdə tətbiq olunan cərimələr 1 000-dən 500 000 manatadək dəyişir. Bu amil, Azərbaycanda sanksiyaların azaldılmasının məqsədəuyğunluğunu ortaya qoyur.