Ezonn Xəbər

Bu vergi ödəyicilərinə yeni güzəşt tətbiq ediləcək

Bu vergi ödəyicilərinə yeni güzəşt tətbiq ediləcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinə yeni güzəşt tətbiq olunması qərara alınıb. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb. Təklif olunan layihəyə əsasən, dövriyyəsi sonradan 200 min manatdan yuxarı müəyyən edilən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinin 10 günlük müddət ərzində bu hüquqdan istifadə edə bilməmələri halında onlara 8 faiz dərəcə üzrə sadələşdirilmiş verginin tədiyyəçisi kimi fəaliyyət göstərmələri imkan yaradılacaq. Həmçinin, ikili fəaliyyət zamanı gəlir və xərclərin ayrılıqda uçotu aparıldığı təqdirdə bu vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi hüququnun saxlanılması da təklif edilən dəyişikliklər arasında yer alır. İclasda müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.