Ezonn Xəbər

Türkiyə bu şəxslərə 3 illik yaşayış icazəsi verəcək

Türkiyə bu şəxslərə 3 illik yaşayış icazəsi verəcək
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı yeni qərar ilə Türkiyədə 150 min dollar və daha çox sərmayə qoyan əcnəbi investorlar 3 illik yaşayış icazəsi əldə edə biləcəklər. Bu qərar, Türkiyədə sərmayə qoyan əcnəbilərin mühacirət prosesini asanlaşdırmağı məqsəd qoyur. Yeni qaydalara əsasən, 150 min dollar yatıran investorlar 3 illik, 200 min dollar yatıranlar isə 5 illik yaşayış icazəsi ala biləcək. Qaydaların məqsədi, xarici investorların ölkəyə investisiya qoyuluşunu artırmaqdır. Bu icazələr həmçinin investorun əcnəbi həyat yoldaşını, yetkinlik yaşına çatmayan övladlarını əhatə edir. Sərmayənin yerləşdirilməsi üçün bir neçə variant mövcuddur. İnvestorlar vəsaitlərini Türkiyədəki bankda depozitə, dövlət qiymətli kağızlarına, daşınmaz əmlaka və ya vençur kapitalı fondlarına yatırmağı seçə bilərlər. Eyni zamanda, fərdi pensiya sisteminə vəsait köçürmək də bu variantlar arasındadır. Bir investorun 3 illik icazə almaq üçün yatırdığı vəsaiti ən azı 1 il 6 ay, 5 illik icazə üçün isə 2 il 6 ay müddətində saxlaması tələb olunur. Yalnız qeyd edək ki, bu qaydada verilən yaşayış icazəsi Türkiyə vətəndaşlığının alınması üçün əsas sayılmır.