Ezonn Xəbər

Qara dənizdə daha bir gəmi vuruldu

Qara dənizdə daha bir gəmi vuruldu
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında “Gas Husky” adlı nəqliyyat gəmisi Rusiya pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb. Misirdən Rumıniyaya təxminən 3,400 ton propan qazı daşıyan bu gəmi, Bolqarıstanın xüsusi iqtisadi zonasının 100 km yaxınlığında vurulmuşdur. Dəniz təhlükəsizliyi şirkəti “Vanguard Tech”ın məlumatına görə, gəmi Liberiya bayrağı altında üzməkdə idi. Gəminin kapitanı Bolqarıstanın “Maritime” nəşrinə açıqlama verərək, gəmiyə ehtimal ki, dörd pilotsuz uçuş aparatı ilə zərbə endirildiyini bildirmişdir. Hücum nəticəsində gəmidəki 19 nəfərlik heyət tamamilə xilas olunub. Onların hamısının Filippin vətəndaşları olduğu qeyd edilir. Bu hadisə, bölgədəki dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları artırmaqdadır. Bəzi beynəlxalq xəbər agentlikləri, “Gas Husky” gəmisinin batdığına dair məlumat yayıblar. Lakin, Bolqarıstan rəsmilərinin açıqlamasına əsasən, gəmi batmayıb və suyun üzərində qalmağa davam edir. Hadisə ilə bağlı araşdırmalar davam edir.